Ərdoğan: Afrin əməliyyatından geri çəkilməyəcəyik
https://azeri.sahartv.ir/news/türkiyə-i293125-Ərdoğan_afrin_əməliyyatından_geri_çəkilməyəcəyik
Türkiyə prezidenti ölkəsinin Suriya ərazisinə heç bir tamahının olmadığını bəyan edib: Ankara Afrin əməliyyatından geri çəkilməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2018 14:48 Asia/Baku
  • Ərdoğan: Afrin əməliyyatından geri çəkilməyəcəyik
    Ərdoğan: Afrin əməliyyatından geri çəkilməyəcəyik

Türkiyə prezidenti ölkəsinin Suriya ərazisinə heç bir tamahının olmadığını bəyan edib: Ankara Afrin əməliyyatından geri çəkilməyəcək.

Fars Xəbər Agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə ordusunun Suriyanın Afrin şəhərindəki əməliyyatının davam etdiyini bildirərək deyib: Bu əməliyyatın keçirlməsində məqsəd bütün region üçün təhdid olan kürd yaraqlılarının məhv edilməsidir. 

Türkiyə prezidenti Suriyanın şimalında kürd qüvvələri təchiz edən ABŞ-ı tənqid edib: Bəzi ölkələr Türkiyənin cənub sərhədində terror keçidləri yaratmaq niyyətindədirlər. 

Türkiyə ordusunun bu ölkə sərhədləri və bölgədə təhlükəsizliyi gücləndirmək və PYD və İŞİD-i məhv etmək məqsədilə Afrin şəhərindəki Zeytun Budağı əməliyyatı ötən şənbədən başlayıb. 

Türkiyə ordusunun Afrin şəhərində əməliyyata başlaması ardınca, Suriya Xarici İşlər Nazirliyi Türkiyə ordusunun bu şəhərə hücumunu pisləyib və bildirib: Türkiyənin bu hərəkəti Suriyanın milli hakimiyyətini pozur.