Ekvador Culyan Asanjı himayə etdi
Fev 07, 2018 12:17 Asia/Baku
Ekvadorun Xarici İşlər Nazirliyi ölkəsinin himayəsi altında olan "Vikiliks" saytının banisinin bundan sonra da himayə altında saxlanılacağını bildirib
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Ekvadorun Xarici İşlər Nazirliyi çərşənbə axşamı bir bəyanat yayaraq, bildirib: Ekvador hökuməti "Vikiliks" saytının qurucusu olan Culiyan Asanjı bundan sonra da beynəlxalq səviyyədə istənilən təhdid qarşısında himayə edəcək.
Ekvadorun Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Ekvador hökuməti Asanjın vəziyyəti ilə bağlı anlaşmaya nail ola bilmək üçün Britaniya hökuməti ilə danışıqları davam etdirəcək.
London məhkəməsi üç gün öncə Asanj barəsində çıxarılmış həbs qərarını bir daha qüvvədə saxlayıb.