Türkiyə prezidenti Kılıçdaroğlunun təklifini rədd etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i294971-türkiyə_prezidenti_kılıçdaroğlunun_təklifini_rədd_etdi
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlunun Suriya prezidenti Bəşşar Əsəd ilə danışıqların aparılması üzrə təklifini rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2018 17:57 Asia/Baku
  • Türkiyə prezidenti Kılıçdaroğlunun təklifini rədd etdi

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlunun Suriya prezidenti Bəşşar Əsəd ilə danışıqların aparılması üzrə təklifini rədd edib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan cümə axşamı Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun Türkiyə hökumətinin Suriya prezidenti Bəşşar Əsəd ilə müzakirə aparması üzrə təklifinə qarşı çıxaraq, Əsədin əllərinin Suriya xalqının qanına bulaşdığını deyib. 

Ərdoğan öz çıxışının davamında Türkiyə ordusunun Suriyanın şimalındakı hərbi əməliyyatlarının davam etməsinə təkid edib və deyib: Türkiyə silahlı qüvvələri YPG və PYD terrorçularının tamamilə məhv ediləcəyi zamana kimi öz hərbi əməliyyatlarını davam etdirəcəklər.