Türkiyə Parlamentinin üzvü İsrailə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i297187-türkiyə_parlamentinin_üzvü_İsrailə_xəbərdarlıq_etdi
Türkiyənin Səadət Partiyasının sədri ABŞ və İsrailin "Yeni Yaxın Şərq" planı çərçivəsində region ölkələrinin sərhədlərini dəyişməyə çalışdıqları haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2018 15:28 Asia/Baku
  • Türkiyə Parlamentinin üzvü İsrailə xəbərdarlıq etdi

Türkiyənin Səadət Partiyasının sədri ABŞ və İsrailin "Yeni Yaxın Şərq" planı çərçivəsində region ölkələrinin sərhədlərini dəyişməyə çalışdıqları haqda xəbərdarlıq edib.

İRİB-nin verdiyi məlumata görə, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu deyib: Qərblilər "Yeni Yaxın Şərq" planı çərçivəsində Türkiyə və digər region ölkələrinin sərhədlərini öz maraqlarına uyğun formada dəyişməyə çalışırlar.

Türkiyənin Səadət Partiyasının sədri Amerika və İsrailin indiyə kimi öz siyasətlərini Türkiyəyə diktə etməyə nail olduqlarını deyərək, Türkiyə rəsmilərinin bu günə kimi bu siyasətlər qarşısında müqavimət göstərə bilmədiklərini vurğulayıb.

Karamollaoğlu  həmçinin deyib: Amerika və İsrail zahirdə Türkiyənin müttəfiqi olsalar da, bu gün bu ölkənin sərhədlərini rəsmən tanımır və Türkiyə üçün yeni xəritə cızmağa çalışırlar.

Səadət Partiyasının sədri İslam ölkələrinin sıra ilə, bir-birinin ardınca işğal edilməsini İsrailin yeni planı adlandırıb və deyib: Ankara İsrail ilə siyasi, hərbi, iqtisadi, mədəni, ictimai və ticarət əlaqələrini kəsməli, ikitərəfli müqavilələri ləğv etməlidir.