Zeytun Budağı əməliyyatından 42 gün ötür
https://azeri.sahartv.ir/news/türkiyə-i297427-zeytun_budağı_əməliyyatından_42_gün_ötür
Müharibə Türkiyənin təsəvvür etdiyindən daha uzun çəkdi. Zeytun Budağı əməliyyatından 42 gün ötür. Afrinin mühasirəsi hələ də tamamlanmayıb. Azı 1420 nəfər dünyasını dəyişib. Elə ötən gecə 8 türk hərbçi həlak olub, 13 nəfər də yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2018 17:11 Asia/Baku
  • Zeytun Budağı əməliyyatından 42 gün ötür
    Zeytun Budağı əməliyyatından 42 gün ötür

Müharibə Türkiyənin təsəvvür etdiyindən daha uzun çəkdi. Zeytun Budağı əməliyyatından 42 gün ötür. Afrinin mühasirəsi hələ də tamamlanmayıb. Azı 1420 nəfər dünyasını dəyişib. Elə ötən gecə 8 türk hərbçi həlak olub, 13 nəfər də yaralanıb.

Bu hesabla indiyə qədər Türkiyə ordusunun 42 hərbçisi və Ankaranın dəstəklədiyi və Suriya hökumətinə müxalif qruplardan 83 nəfər həlak olub. Türkiyə ordusu terrorçu adlandırıdığı qruplardan 2295 nəfərin öldürüldüyünü bildirir. Həlak olan sivillərin sayı ilə bağlı məlumat yoxdur.

Türkiyə müdafiə naziri Nurətdin Canikli deyib: Afrində Zeytun Budağı əməliyyatında hərbçilərin tələfatını azaltmaq üçün daha çox uzaqdan idarə olunan vasitələrdən istifadə edirik. Bu istiqamətdə sərnişinsiz tank və zirehli avtomobillərin dizaynı və istehsalı gündəmimizdədir.

Kütləvi İnformasiya Vasitələrinin Türkiyənin Afrində bir ədəd helikopterinin qəzaya uğradığını bildirdiyi halda, Türkiyə ordusu helikopterin vurulduğunu, amma bazada sağ-salamat şəkildə eniş etdiyini bildirir.

Gün-gündən müharibə yükü Türkiyə rəsmilərinin çiyinlərində ağırlaşır. Bu hesabla hətta bir qətnamə ilə Suriyada bir aylıq atəşkəsi istəyən BMT Təhlükəsizlik Şurasının müraciətini geri qaytarmışlar.

Türkiyə baş naziri Binəli Yıldırım deyib: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1 aylıq atəşkəs qərarı Şərqi Qutə ilə məhdudlaşıb və Afrinə şamil olmur. Zeytun Budağı əməliyyatı Türkiyə sərhədlərinə yaxın ərazilərin tam təmizlənməsinədək davam edəcək.

Zeytun Budağı əməliyyatı 20 yanvarda başlayıb. Bu əməliyyat indiyə qədər Türkiyə üçün o qədər də az xərcli olmamışdır. Kürd dairələri bildirirlər ki, Türkiyə indiyə qədər Afrində hava və ağır artilleriya hücumundan başqa o qədər də böyük nailiyyət əldə edə bilməmişdir. Və bir neçə kənd və təpənin işğalı qədər irəliləyiş edə bilib. Kürd dairələrin bildirdiyinə görə, bu hücumlar bir neçə min nəfərin didərgin düşməsindən əlavə, 150 sivili ölümə aparıb, 300 nəfərin yaralanmasına səbəb olub.

Zeytun Budağı əməliyyatının ilk günlərində Türkiyə rəsmiləri bildirdilər ki, bu əməliyyat mümkün qısa zamanda sona çatacaq. İndi isə bu əməliyyatdan 42 günün ötməsi ilə, bir çox məlumatlı dairə bildirir ki, Türkiyə öz məqsədlərinə çata bilməmiş, üstəlik əməliyyat sona çatmamış və nə vaxt sona çatacağı bəlli deyildir.