Avstriya Türkiyənin AB-yə üzvlüyünə qarşı çıxıb
Avstriya kansleri Türkiyəni insan haqlarını pozmaqda ittiham edərək Avropa Birliyinin Türkiyənin bu birliyə üzvlüyü ilə bağlı Ankara ilə apardığı müzakirələrinin dayandırılmasına çağırıb.
Avstriya kansleri Sebastian Kurts Almaniyada çıxan Volt qəzetinə verdiyi müsahibədə deyib: Türkiyədə insan haqları və demokratik dəyərlərin pozulduğunu nəzərə alaraq Avropa və Türkiyə rəsmiləri arasındakı üzvlük müzakirələrinə son qoyulmalıdır.
Avstriyanın kansleri eyni zamanda Türkiyənin AB-nin önəmli ortağı olduğunu deyib və Ankara-Brüssel əlaqələrinin dinc qonşuluq prinsipləri əsasında inkişaf etməli olduğunu deyib.
Öncə Avropa Komissiiyasının sədri Jan Klud Yunker də Türkiyənin Avropa Birliyindən uzaqlaşmasına səbəb olan təşəbbüslərindən danışmışdı.
Türkiyə 1997-ci ildən AB-yə qoşulmağa səy göstərir. 2005-ci ildə AB ilə Türkiyə arasında bu istiqamətdə müzakirələr başladı amma tərəflər arasında bir çox ixtilaflı mövzular davam etməkdədir.