Putinin səfərilə bir zamanda Türkiyə AES-nin inşasına başlanılacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i300668-putinin_səfərilə_bir_zamanda_türkiyə_aes_nin_inşasına_başlanılacaq
Rusiya prezidentinin Ankaraya səfərilə bir zamanda ruslar tərəfindən Türkiyə AES-nin inşasına başlanılacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2018 11:59 Asia/Baku
  • Putinin səfərilə bir zamanda Türkiyə AES-nin inşasına başlanılacaq
    Putinin səfərilə bir zamanda Türkiyə AES-nin inşasına başlanılacaq

Rusiya prezidentinin Ankaraya səfərilə bir zamanda ruslar tərəfindən Türkiyə AES-nin inşasına başlanılacaqdır.

Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfərilə bir zamanda sabah Türkiyənin Mersin şəhərində "Ak Kuyu" Atom Elektrik Stansiyasının inşa əməliyyatı mərasimi keçiriləcək.

Bu AES Rusiyanın "RusAtom" dövlət şirkəti tərəfindən tikiləcəkdir.

Vladimir Putin ikigünlük işgüzar səfər məqsədilə bu gün Türkiyəyə yola düşəcək. Hərçənd bu səfər çox qabaqlar planlaşdırılmışdı, lakin həmin səfər Qərbin Rusiya ilə çəkişmələrinin kulminasiya nöqtəsinə çatması ilə bir zamana təsadüf edibdir.

Putinin Türkiyədən görüşü İran, Türkiyə və Rusiyanın Suriya ətrafında keçirilən ikinci sammitində iştirak üçün həyata keçir.

Suriyada atəşkəs və bu ölkənin ərazi bütövlüyü kimi məsələlər üç ölkənin sammitində araşdırılacaq məsələlərdən olacaqdır.

Bu müzakirələrin birinci raundu Soçidə keçirilmişdi.