Türkiyənin Ərəbistandakı sabiq səfiri qətlə yetirilib
Apr 21, 2018 10:50 Asia/Baku
Türkiyənin sabiq müdafiə naziri və Ərəbistandakı keçmiş səfiri İstanbulda hücuma məruz qalıb və bıçaq zərbələri ilə qətlə yetirilib.
Türkiyədə çıxan Deyli Sabah qəzetinin yazdığına görə, Türkiyə polisi "Ərcan Varolhan"ın qətlə yetirilməsində şübhəli bilinən bir nəfəri saxlayıb.
Bu məlumata görə Türkiyənin sabiq müdafiə naziri və Ərəbistandakı keçmiş səfirini qətlə yetirməkdə şübhəli bilinən "C.Yüksəl" qətl hadisəsindən öncə keçmiş səfir ilə borc məsələsi ilə bağlı mübahisə edib.
Ərcan Varolhan 1987-ci ildə Türkiyənin Ərəbistandakı səfiri vəzifəsindən istefa vermiş və Vətən partiyasının sıralarına qoşulmuşdu. Daha sonra müdafiə naziri seçilmişdi.