Türkiyədə qatar qəzası
https://azeri.sahartv.ir/news/türkiyə-i330129-türkiyədə_qatar_qəzası
Türkiyənin paytaxtı Ankara şəhərində iki qatarın toqquşması nəticəsində minimum 4 nəfəriin öldüyü bildirilir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2018 13:50 Asia/Baku
  • Türkiyədə qatar qəzası

Türkiyənin paytaxtı Ankara şəhərində iki qatarın toqquşması nəticəsində minimum 4 nəfəriin öldüyü bildirilir

İRİB-nin verdiyi məlumata görə, Ankara valisi Vasib Şahin deyib: Bu gün səhər bir sürət qatarının Koniya istiqamətində hərəkətdə olan adi bir qatar ilə toqquşması nəticəsində 4 nəfər həyatını itirib, 43 nəfər də xəsarət alıb.

Bəzi mənbələr bu hadisədə 239 nəfərin xəsarət aldığını bildiriblər.

Türkiyənin təcili yardım və xilasedici dəstələri hadisədən zərərçəkənlərə sürətlə yardım etməyə çalışırlar.