Türkiyə sionist rejimlə bağlı olan bir PKK üzvünü həbs edib
https://azeri.sahartv.ir/news/türkiyə-i333899-türkiyə_sionist_rejimlə_bağlı_olan_bir_pkk_üzvünü_həbs_edib
Türkiyə prokurorluğu bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri sionist rejimlə əlaqədə olan Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nin baş üzvlərindən birini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2019 06:15 Asia/Baku
  • sionist rejimlə bağlı olan bir PKK üzvünü həbs edib
    sionist rejimlə bağlı olan bir PKK üzvünü həbs edib

Türkiyə prokurorluğu bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri sionist rejimlə əlaqədə olan Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nin baş üzvlərindən birini həbs ediblər.

Türkiyə prokurorluğu qeyd edib ki, bu ölkənin terrorizmlə mübarizə qüvvələri Mersin vilayətində keçirdikləri bir əməliyyatda "Can Bulut Turğadi" ləqəbi ilə Mersin və Adanada fəaliyyət göstərən PKK-nın icra şurasının üzvü Davud Bağestanini yaxalayıblar.

Türkiyə prokurorluğu vurğulayıb ki, "sionist rejim-kürd mərkəzi"nin sədri olan Bağestani son illər ərzində PKK-nın vasitəçisi kimi sionist rejimin və Amerikanın nümayəndələri ilə görüşlər keçiribdir.

Ankara, Avropa və ABŞ hökuməti tərəfindən terror qrupu kimi tanınan PKK otuz ildən çoxdur ki, Türkiyə hökuməti ilə döyüşür.