Ərdoğan Türkiyə xalqını seçkilərdə iştiraka çağırıb
Mart 30, 2019 07:51 Asia/Baku
-
Ərdoğan Türkiyə xalqını seçkilərdə iştiraka çağırıb
Türkiyə prezidenti bu ölkə xalqını bələdiyyə və yerli şuralar üzrə seçkilərdə iştiraka çağırıb.
Rəcəb Tayyıp Ərdoğan bu gün Türkiyənin TRT telekanalı ilə müsahibədə yerli vətəndaşlardan istəyibdir ki, bələdiyyə və yerli şuralar üzrə seçkilərdə iştirak və səs verməyə meylsiz olan kəsləri də səsvermədə iştiraka təşviq etsinlər.
Ərdoğan Türkiyə xalqının seçki kampaniyalarındakı geniş iştirakını xalqın sabah, martın 31-də keçiriləcək seçkilərdə iştiraka təmayülünün nişanəsi adlandırıb.