Ədalət və İnkişaf Partiyası seçkilərdə qalib gəlib
https://azeri.sahartv.ir/news/türkiyə-i337956-Ədalət_və_İnkişaf_partiyası_seçkilərdə_qalib_gəlib
Ədalət və İnkişaf Partiyası Türkiyədə dünən keçirilmiş bələdiyyə və şəhər şuraları seçkilərində qalib gəlib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 01, 2019 11:06 Asia/Baku
  • Ədalət və İnkişaf Partiyası seçkilərdə qalib gəlib
    Ədalət və İnkişaf Partiyası seçkilərdə qalib gəlib

Ədalət və İnkişaf Partiyası Türkiyədə dünən keçirilmiş bələdiyyə və şəhər şuraları seçkilərində qalib gəlib.

Hakim Ədalət və İnkişaf Partiyası və Milli Hərəkət Partiyasını əhatə edən "Cumhur" koalisiyası 51,74 faiz səs əldə edərək, seçkilərin qalibi olub.

Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyadan ibarət olan koalisiya da 37,64 faiz səs qazanıbdır.

Sayılmış səslərin hesablanması ilə seçkilərdə iştirak edən mühüm partiyaların səsləri belədir: Bələdiyyə seçkiləri üzrə səslərin 44,42 faizini Ədalət və İnkişaf Partiyası, 30,7 faizini isə Cümhuriyyət Xalq Partiyasına əldə edibdir.

Bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası 796, Cümhuriyyət Xalq Partiyası 246, Milli Hərəkət Partiyası 227, Xalqların Demoktratik Partiyası 69, İYİ Partiya isə 21 meriyada birinci yeri tutublar.