Moskva Suriya haqda Türkiyə ilə razılaşmanın icrasına ümidsizdir
https://azeri.sahartv.ir/news/türkiyə-i351387-moskva_suriya_haqda_türkiyə_ilə_razılaşmanın_icrasına_ümidsizdir
Rusiyanın müdafiə naziri bu ölkənin Suriya barədə Türkiyə ilə son razılaşmasınn icra olunmasına ümid etmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2019 14:17 Asia/Baku
  • Moskva Suriya haqda Türkiyə ilə razılaşmanın icrasına ümidsizdir

Rusiyanın müdafiə naziri bu ölkənin Suriya barədə Türkiyə ilə son razılaşmasınn icra olunmasına ümid etmir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Bakıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdə deyib: Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyıb Ərdoğanın son zamanlar Soçi şəhərində Suriya barədə imzaladıqları memorandum asanlıqla icra olunmur.

Şoyqu eyni zamanda vurğulayıb ki, bu anlaşma sənədi onun icrası asan olmasa da şübhəsiz, Suriyanın suverenliyinin qorunması və bu ölkədə sülhün bərqərarının yeganə yoludur.

Rusiyanın müdafiə naziri MDB ölkələrinin müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfər edib.

Bu birgünlük iclas bu gün Bakıda keçirilməkdədir.