Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i363735-türkiyədə_daha_21_nəfər_koronavirusdan_ölüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 25, 2020 18:06 Asia/Baku
  • Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb.

SəhərAzəri APA-ya istinadla xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində bildirib. 

Nazir qeyd edib ki, son 24 saatda 52 303 şübhəli koronavirus testindən keçib, onlardan 1458-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1472 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 5046 nəfər ölüb, 193 115 nəfər bu infeksiyaya yoluxub, 165 706 nəfər isə müalicə olunub.