İyul 10, 2020 14:43 Asia/Baku
  • Türkiyə NATO-nu parçalayacaq? - Rus ekspert

Liviya böhranına həll yolu tapmadıqca ABŞ-ın Kipri (yunan tərəfi) NATO-ya yaxınlaşdırma cəhdi olduqca yanlışdır.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir, bu sözləri rusiyalı politoloq Vladimir Yevseyev deyib.

“Liviya böhranı iki ssenari üzrə davam edə bilər: Türkiyə quru qoşunlarını bu ölkəyə göndərməzsə müsbət, əks halda mənfi xətt üzrə inkişaf edəcək. Mənfi ssenari Türkiyənin NATO-dan çıxması və alyansın bölünməsi ilə nəticələnəcək. Nəzərə alaq ki, NATO daxilində hər zaman Türkiyəyə qarşı fərqli münasibət göstərilirdi”.

Qeyd edək ki, ABŞ İMET proqramı çərçivəsində 2021-ci ildən etibarən Kiprdə hərbi tədris və təlim keçirməyi planlaşdırır.

Qərb ekspertləri bunu Kiprin NATO-ya daxil edilməsi yolunda bir addım kimi dəyərləndirir. Rəsmi Ankara isə bu proqramın sonunun yaxşı olacağını düşünmür.

Teqlər