İyul 15, 2020 19:11 Asia/Baku
  • Türkiyədə Gülən hərəkatı ilə əlaqədə günahlandırılan onlarla nəfər həbs edilib

Türkiyənin məhkəmə orqanları Gülən hərəkatı ilə əlaqədə günahlandırılan 60 nəfərə həbs qərarı çıxarıblar.

SəhərAzəri TRT Türkiyə-yə istinadla xəbər verir, Türkiyənin təhlükəsizlik qüvvələri 2016-cı il 15 iyul tarixli uğursuz çevrilişin ildönümü günündə bu ölkənin 30 vilayətində eyni zamanda aparılan əməliyyatda Gülən hərəkatı ilə əlaqədə günahlandırılan 35 nəfəri həbs ediblər.

Son məlumata əsasən, təhlükəsizlik qüvvələrinin daha 25 nəfəri həbs etmək üçün əməliyyatı davam edir.

Türkiyədə 2016-cı il 15 iyul tarixində hökumətə qarşı baş verən uğursuz çevriliş cəhdindən sonra bu ölkənin təhlükəsizlik qüvvələri indiyədək Gülən hərəkatı və bu çevrilişlə əlaqədə ittiham olunan Türkiyənin hərbi və mülki vətəndaşlarından on minlərlə nəfəri həbs ediblər.

Fətullah Gülən Türkiyə hökuməti tərəfindən ABŞ-ın dəstəyilə bu çevriliş cəhdinin əsas müttəhimi hesab edilir, Lakin Gülən bu ittihamları rədd edir.

Teqlər