İyul 23, 2020 22:35 Asia/Baku
  • Türkiyədə koronavirusdan bu gün 18 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 43 343 şübhəli koronavirus testindən keçib, onlardan 913-nün cavabı pozitiv çıxıb.

Bu gün daha 1151 xəstə sağalıb, intensiv terapiya olunan ağır xəstə sayı isə bundan 100 nəfər daha çoxdur - 1251 nəfər.

Nazir qeyd edib ki, Türkiyədə indiyədək 223 315 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5563 nəfər ölüb, 206 365 nəfər müalicə olunaraq evə buraxılıb.

Image Caption

 

Teqlər