Türkiyədə oğurlanmış insanların ailələrinin oturaq aksiyası davam edir
Övladlarının Türkiyənin Fəhlə Partiyası PKK tərəfindən oğurlanması iddia olunan anaların oturaq aksiyası hələ də davam edir.
SəhərAzəri xəbər verir, Anadolu xəbər agentliyinin məlumatına görə, övladlarının PKK-nın cəngindən xilas edilməsi ümidi ilə 2019-cu ilin 3 sentyabr tarixindən Diyarbəkirdə yerləşən Xalqların Demokrat Partiyasının (HDP) ofisi qarşısında oturan anaların aksiyası avqustun 3-də özünün 366-cı gününə daxil olub.
Bu məlumata əsasən, etirazçılar Türkiyənin Xalqların Demokrat Partiyasından övladlarının əsirlikdən xilas edilməsi üçün səy göstərməyi tələb edirlər.
Türkiyə Kürdüstan Fəhlə partiyası indiyədək bu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətilə döyüşdə yüzlərlə insanı oğurlayıb və onların taleyindən heç bir məlumat yoxdur.
Türkiyə hökuməti hər zaman Xalq Demokratik Partiyasını PKK ilə əməkdaşlıqda ittiham edib.
PKK Türkiyə hökuməti tərəfindən terrorçu bir qrup kimi tanınıb, təqdim edilir.