Mustafa Şəntop: BƏƏ Fələstin məsələsinə xəyanət etdi
Mustafa Şəntop: BƏƏ Fələstin məsələsinə xəyanət etdi
Türkiyə Böyük Millət Məclisinin sədri Birləşmiş Ərəb Əmirliklərinin sionist İsrail rejimi ilə anlaşmasını Fələstin məsələsinə xəyanət adlandırdı.
Səhər Azəri bildirir ki, Mustafa Şəntop şənbə günü Birləşmiş Ərəb Əmirliklərinin sionist İsrail rejimi ilə əlaqələrini yaxşılaşdırmasına reaksiya olaraq bunu Fələstin məsələsinə xəyanət adlandırıb.
M.Şəntop Tvitter səhifəsində yazıb: Türkiyəni Ərəb ölkələrinin daxili işlərinə müdaxilə etməkdə ittiham edən BƏƏ, İslam Dünyasının ən önəmli məsələsinə, Fələstin məsələsinə aşkar xəyanət etdi.
Anadolu xəbər agentliyi bildirir ki, Türkiyə Böyük Millət Məclisinin sədri ixtiyarı əlində olmayan BƏƏ kimi oyuncaq ölkələrin Türkiyənin Fələstin məsələsini müdafiə etməsindən narahat olmalarını təbii adlandırıb.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da cümə günü, cümə namazının ardınca etdiyi çıxışda Birləşmiş Ərəb Əmirliklərinin sionist İsrail rejimi ilə əlaqələrini normallaşdırmasına reaksiya olaraq Ankaranın Əbu-Dəbi ilə diplomatik əlaqələri dondurmaq və Türkiyə səfirini BƏƏ-dən geri çağırmaq məsələsini araşdırdığını dedi.