Türkiyə ordusunun anti-terror əməliyyatları davam edir
Türkiyə ordusu daha 3 PKK terrorçusunu zərərsizləşdirdi
Türkiyə ordusunun PKK terrorçularına qarşı növbəti əməliyyatında 3 terrorçu öldürülərək, zərərsizləşdirilib.
Səhər Azəri bildirir ki, Türkiyə ordusu PKK-ya qarşı növbəti əməliyyatında 3 terrorçunun məhv edilməsindən xəbər verib.
Türkiyə Dövlət Televiziyası TRT-nin məlumatına görə, bu ölkənin Müdafiə Nazirliyi Siirt və Şırnak arasındakı Herkul bölgəsində başlayan "İldırım-2 Herkul" əməliyyatında PKK-nın üç üzvünün öldürülməsinə dair məlumat yayıb.
Məlumata əsasən PKK terrorçularına qarşı əməliyyatda Türkiyə ordusunun bir zabiti də həyatını itirib.
"İldırım" əməliyyatı cari il iyunun 13-dən Türkiyə daxilində PKK terrorçularının zərərsizləşdirilməsi məqsədilə başladılıb və indiyədək, bu 60-dan çox terrorçu məhv edilib.
Türkiyədə kürd məsələsini həll etmək üçün sülh prosesi 2012-ci il dekabr ayında başlanmışdı. Lakin, 2015-ci il iyul ayında Suruç şəhərində baş verən partlayışdan sonra bu proses dayandırıldı və PKK yenidən öz təxribatçı fəaliyyətini bərpa etdi. O zamandan Türkiyə ordusu da PKK əleyhinə əməliyyatlara start verib.