Türkiyə Karbohidrogen ehtiyatlarının axtarışını davam etdirir
"Barbaros Hayreddin Paşa" seysmik-araşdırma gəmisi Kipr sahillərində
Türkiyə "Barbaros Hayreddin Paşa" seysmik-araşdırma gəmisinin Kipr sahillərindəki əməliyyatını bir ay müddətinə uzadıb.
Səhər Azəri bildirir ki, Türkiyə Kipr sahillərində seysmik araşdırma əməliyyatlarını davam etdirir.
"Röyters"in məlumatına görə, Türkiyə hökuməti bölgədəki karbohidrogen ehtiyatlarının aşkarlanması məqsədilə bu əməliyyatların oktyabrın 18-dək davam edəcəyini açıqlayıb.
Üç gün əvvəl də Türkiyə "Yavuz" qazma gəmisinin əməliyyatını 12 oktyabr tarixinədək uzadıb.
Kipr Türkiyənin bu addımını təhrikedici adlandırıb və ondan narahatlıq ifadə edib.
Son aylarda Türkiyə kəşfiyyat üçün qazma gəmilərini Aralıq dənizinə göndərməklə Yunanıstan və Kipr ilə olan gərginliyi daha da artırıb. Bu ölkə fəaliyyətlərinin beynəlxalq qanunlara əsasən olduğunu iddia edir.