İstanbul əhalisi əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyi pisləyib
İstanbul əhalisi Fransa prezidentinin əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyini pisləyən aksiya keçirib.
SəhərAzəri xəbər verir, İstanbullu aksiyaçılar Emmanuel Makronun İslama və müsəlmanlara qarşı hörmətsizliyini Qərbin imperialist siyasətlərinin davamı adlandırıblar.
Etirazçıların əllərində tutduqları iri bir tabloda yazılmışdı ki, «Gələcək İslamındır».
Fransadakı anti-Quran rəftarlarına reaksiyalar Türkiyədə geniş miqyas alıb və müsəlmanların etiraz dalğası genişlənməkdədir.
Fransa prezidenti son zamanlar həyasızlıqla bildirmişdi ki, Fransa İslamın əziz Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsiz karikaturaların yayılmasını davam etdirəcək. Bu da müsəlmanların kəskin reaksiyaları ilə üzləşibdir.
Son vaxtlar fransız «Charlie Hebdo» jurnalının Böyük İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsiz karikaturalar yaymaq üzrə hərəkətləri dünya müsəlmanlarının sərt reaksiyalarına səbəb olubdur.
Məzmun cəhətdən dinə qarşı yönəlmiş «Charlie Hebdo» jurnalının iş prinsipi, hörmətsizlik və təhqirdir.