Noy 01, 2020 08:53 Asia/Baku
  • Türkiyədə COVID-19 xəstələrinin sayı artıb

Türkiyənin səhiyyə naziri bu ölkədə koronavirusa yoluxanlardan 75 nəfərin həyatını itirdiyini bildirib.

SəhərAzəri xəbər verir, Fəxrəddin Koca indiyədək Türkiyədə koronavirusdan ölənlərin sayını on min 252 nəfər elan edibdir.

Nazirliyin son məlumatına görə, ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı bir gün ərzində təqribən beş faiz artıbdır.

Həmçinin ötən sutka ərzində Türkiyədə 124 min 109 koronavirus testi həyata keçirilib və onlardan 2213 nəfərin testi pozitiv elan olunubdur.

Türkiyədə koronavirusun yayılmasının sürətinin artdığı bir halda, həmin ölkənin daxili işlər naziri Süleyman Soylu bildiribdir ki, həyat yoldaşı və qızı ilə yanaşı koronavirusa yoluxub və onlar xəstəxanada müalicə alırlar.

Teqlər