Türkiyədən Çinə ilk ixrac qatarı sabah yola çıxacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i370374-türkiyədən_Çinə_ilk_ixrac_qatarı_sabah_yola_çıxacaq
Türkiyədən Çinə ixrac olunan yükləri daşıyan ilk qatar dekabrın 4-də İstanbuldan yola çıxacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2020 17:39 Asia/Baku
  • Türkiyədən Çinə ilk ixrac qatarı sabah yola çıxacaq

Türkiyədən Çinə ixrac olunan yükləri daşıyan ilk qatar dekabrın 4-də İstanbuldan yola çıxacaq.

SəhərAzəri Anadolu-ya istinadla xəbər verir ki, sabah Türkiyə vaxtı ilə saat 14:00-da Mərmərədən keçməsi planlaşdırılan qatar Kazlıçeşme Stansiyasında Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlunun iştirakı ilə yola salınacaq.

Yük qatarı Gürcüstan-Azərbaycan-Xəzər dənizi keçidi-Qazaxıstan marşrutu ilə Çinə 42 konteynerdə soyuducular aparacaq. Ümumilikdə 8 min 693 kilometr yol qət edərək 2 qitə, 2 dəniz və 5 ölkədən keçəcək və yüklərini Çinə 12 gün ərzində çatdıracaq.