Dek 14, 2020 17:46 Asia/Baku
  • Türkiyədə sel gəlib

Türkiyə İzmir şəhərində leysan yağışlar və daşqınlar nəticəsində iki nəfər itkin düşüb.

SəhərAzəri xəbər verir, Türkiyədə amansız yağışlar dəniz səviyyəsinin qalxmasına və İzmir vilayətinin "Karşıyaka" bölgəsinin suyun altında qalmasına səbəb olub və İzmirin ətrafindakı Menderes və Urla rayonlarında onlarla yaşayış evi və təsərrüfat sahəsinə ziyan dəyib.

Həmçinin, Antalya və Mersində yağan leysan yağışlar daşqınlara səbəb olub və evlərə, əkin sahələrinə və istixanalara xeyli ziyan vurub və Sirik bölgəsində torpaq sürüşməsi və yolun çatlaması nəticəsində Antalya ilə Analiya arasında əlaqə yolu bağlanıb. 

Adı çəkilən bu 3 vilayətdə küləyin sürəti saatda 50-70 kilometrə və yağışın miqdarı kvadrat metrə 60-130 kq-dır.

Hazırda Antaliya və Mersində narıncı səviyyəli xəbərdarlıq elan edilib və insanlardan təhlükəsiz ərazilərdə olmaları xahiş olunub.

Teqlər