Dek 15, 2020 13:31 Asia/Baku
  • Türkiyə ABŞ-ın sanksiya qərarına sərt münasibət bildirib

Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri (ZRK) ilə bağlı ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara sərt münasibət bildirib.

SəhərAzəri xəbər verir, Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, rəsmi Ankara “ABŞ-ın S-400 ZRK tədarükü səbəbindən Türkiyəyə qarşı birtərəfli sanksiyaları nəzərdə tutan qərarı qınayır və rədd edir”.

“Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün lazım olduğunu düşündüyü tədbirləri görməkdən imtina etməyəcək”, - Türkiyə XİN-in yaydığı açıqlamada belə deyilir.

Açıqlamada qeyd olunub ki, Türkiyə bu sanksiyaya qarşı lazımi addımları atacaq. Həmçinin Türkiyə tərəfindən əldə olunan S-400 sistemləri ilə əlaqədar NATO sistemlərinin zəifliyi ilə bağlı ABŞ-ın iddialarının heç bir texniki əsası yoxdur.

“Türkiyə NATO-nun iştirakı ilə texniki bir işçi qrupunun yaradılması təklifini irəli sürüb və dəfələrlə bu məsələni obyektiv və real əsasda, siyasi qərəzsiz yolla həll etməyi təklif edib. ABŞ-ı bu ədalətsiz sanksiya qərarına yenidən baxmağa dəvət edirik”, - deyə sənəddə bildirilib.

 

Teqlər