Türkiyə xarici işlər naziri bu ölkənin sanksiyalar qarşısında müqavimətini vurğulayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i371348-türkiyə_xarici_işlər_naziri_bu_ölkənin_sanksiyalar_qarşısında_müqavimətini_vurğulayıb
Türkiyənin xarici işlər naziri sanksiyalara və təhdidlərə rəğmən, Ankaranın öz regional və beynəlxalq mövqelərini qoruyub saxladığını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2020 15:48 Asia/Baku
  • Türkiyə xarici işlər naziri bu ölkənin sanksiyalar qarşısında müqavimətini vurğulayıb

Türkiyənin xarici işlər naziri sanksiyalara və təhdidlərə rəğmən, Ankaranın öz regional və beynəlxalq mövqelərini qoruyub saxladığını vurğulayıb.

SəhərAzəri xəbər verir, Mövlud Çavuşoğlu rus həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib ki, Türkiyə sanksiyaların təsiri altında öz mövqelərindən geri çəkilə bilməz və onun NATO ilə münasibətləri Rusiya ilə münasibətləri pozmur.

O, deyib: "Biz qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik və Rusiya tərəfi ilə daha artıq razılaşmaları planlaşdırırıq".

Türkiyənin xarici işlər naziri eyni zamanda iddia edib ki, Ankara və Moskva müxtəlif regional və beynəlxalq məsələlərdə eyni mövqelərə malikdirlər.

Qeyd edək ki, son aylar Ankara Rusiyadan S-400 raket kompleksini satın almaqla Vaşinqtonu hiddətləndirib. Belə ki, bəzi Türkiyə rəsmiləri Amerika tərəfindən ya sanksiya edilib, ya da ki, sanksiyalara məruz qalıblar.