Ankara Türkiyə əhalisinin artım tempinin azalmasından narahatdır
https://azeri.sahartv.ir/news/türkiyə-i373495-ankara_türkiyə_əhalisinin_artım_tempinin_azalmasından_narahatdır
Türkiyə prezidenti bu ölkə əhalisinin artım tempinin azalması təhdidinə işarə ilə bu təhdidlə mübarizə aparılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2021 06:43 Asia/Baku
  • Ankara Türkiyə əhalisinin artım tempinin azalmasından narahatdır

Türkiyə prezidenti bu ölkə əhalisinin artım tempinin azalması təhdidinə işarə ilə bu təhdidlə mübarizə aparılmasını istəyib.

SəhərAzəri xəbər verir, Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Ankarada keçirilən iclasında çıxış edərkən bildirib ki, ölkəsində əhalinin artım tempi təqribən yarıya enibdir.

O, deyib ki, bu gedişlə Türkiyə əhalisinin sayı, o qədər də uzaq olmayan bir dövrdə, azala bilər.

Ərdoğan həmçinin vurğulayıb: Avropa ölkələri çoxdandır ki, bu təhdidlə üzləşirlər. Türkiyə də eyni aqibətə düçar olmamalıdır.

Evlənmə yaşının yuxarı qalxması, işsizlik göstəricisinin artması, universitetlərin çıxışının əmək və məşğulluq bazarına uyğun gəlməməsi, həyat və gündəlik xərclərin astronomik şəkildə artması, Türkiyədə inkişaf tempinin yavaşımasına səbəb olan mühüm faktorlardandır.