Türkiyə Ermənistanda baş verənlərə münasibət bildirib
https://azeri.sahartv.ir/news/türkiyə-i373722-türkiyə_ermənistanda_baş_verənlərə_münasibət_bildirib
Türkiyənin xarici işlər naziri Ermənistanda çevrilişə cəhdi şiddətlə qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2021 18:14 Asia/Baku
  • Türkiyə Ermənistanda baş verənlərə münasibət bildirib

Türkiyənin xarici işlər naziri Ermənistanda çevrilişə cəhdi şiddətlə qınayıb.

SaharAzeri xəbər verir, Macarıstanda rəsmi səfərdə olan Mövlud Çavuşoğlu Ermənistan ordusu tərəfindən bu ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi barədə deyib: "Türkiyə olaraq, dünyanın hər bir yerində çevriliş və çevrilişə cəhdə qarşıyıq, buna görə də Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik”.

"Belə hərəkətlər ölkədə sabitliyi pozan amillərdir və Türkiyənin prinsipial mövqeyi dünyanın hər bir yerində çevriliş cəhdlərinə qarşı olmaqdır", - deyə Çavuşoğlu vurğulayıb.