Çavuşoğlu BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/türkiyə-i375390-Çavuşoğlu_bmt_baş_assambleyasının_prezidenti_ilə_görüşüb
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının prezidenti, 75-ci Sessiyanın Sədri Volkan Bozkırla görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2021 08:48 Asia/Baku
  • Çavuşoğlu BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının prezidenti, 75-ci Sessiyanın Sədri Volkan Bozkırla görüşüb.

SəhərAzəri xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

“Onun rəhbərliyi altında BMT Baş Assambleyasının fəaliyyəti pandemiyaya baxmayaraq, fasiləsiz davam edir”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.

XİN başçısı qeyd edib ki, Türkiyənin BMT-dəki lider rolu davam edəcək.

“İstanbulu BMT-nin mərkəzi edəcəyik”, - deyə M. Çavuşoğlu qeyd edib.

Görüş V. Bozkırın Türkiyəyə səfəri çərçivəsində baş tutub. 

Xatırladaq ki, BMT Baş Assambleyasının prezidenti Türkiyədən sonra Qətər və Azərbaycana da səfər edəcək.