Apr 26, 2021 15:10 Asia/Baku
  • Türkiyə ABŞ-a xəbərdarlıq edib;

Türkiyə Prezident Administrasiyasının sözçüsü ABŞ prezidentinin qondarma erməni soyqırımı ilə bağlı sözlərini "utanc verici" adlandırıb və xəbərdarlıq edib ki, Ankara yaxın gün və aylarda ABŞ-ın cavabını verəcək.

SəhərAzəri xəbər verir ki, ABŞ prezidenti aprelin 24-də Osmanlı imperiyası dövründə ermənilərin qırğın edilmələrinin ildönümü günü, həmin hadisəni "erməni soyqırımı" adlandırıb və deyib: "Hər il belə bir gündə, Osmanlı dövründə erməni soyqırımının qurbanı olanların xatirəsini anırıq və belə bir hadisənin qarşısını almaq üçün öhdəliyimizi vurğulayırıq".

ABŞ prezidenti bəyanatının davamında 1915-ci il aprelin 24-də 1,5 milyon erməninin Osmanlı İmperiyası tərəfindən soyqırımına məruz qaldığını bildirib.

İbrahım Kalın Röyters-ə verdiyi müsahibədə, deyib: "Qarşıdakı gün və aylarda fərqli formalarda qarşılıq veriləcək".

Bununla belə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü, Baydenin sözlərinə cavab olaraq, Ankaranın ABŞ-ın Türkiyənin cənubundakı "İncirlik" Hava Bazasına girişini məhdudlaşdırmaq niyyətində olub-olmadığına toxunmayıb.

Kalın, Ərdoğanın bugünkü bu kabinet iclasından sonra bu məsələyə toxunmaq istədiyini bildirib.

Kalının sözlərinə görə, Türkiyə parlamenti cari həftədə Baydenin açıqlamaları ilə bağlı bəyanat vermək niyyətindədir.

Türkiyə prezidentinin sözçüsü Türkiyə ilə ABŞ arasındakı bütün münasibətlərin bu xoşagəlməz açıqlamadan təsirlənəcəyini vurğulayıb.

 Kalının sözlərinə görə, Ərdoğan keçən cümə  Baydenlə telefon danışığı zamanı, erməni soyqırımının tanınmasının ABŞ üçün böyük bir səhv olacağı ilə bağlı xəbərdarlıq edib.

O, izah edib ki, bizim osmanlı əcdadlarımız olan türklərin erməni soyqırımında əllərinin olduğu deyilir, hal bu ki, tarixi faktlar belə bir şeyi dəstəkləmir". 

Baydenin erməni soyqırımı ilə bağlı açıqlamasından hiddətlənən Türkiyə ABŞ-ın Ankaradakı səfiri David Satterfield-i Xarici İşlər Nazirliyinə çağırıb.

Teqlər