İyun 19, 2021 18:20 Asia/Baku
  • Türkiyə prezidenti İranı dost və qardaş ölkə adlandırdı

Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan İbrahim Rəisini İranda keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

SəhərAzəri Türkiyə mətbuatına istinadla xəbər verir:  Ərdoğanın təbrik məktubunda deyilir:

“Cənab Prezident, ölkənizdə keçirilən seçkilərdə qalib gəlməyiniz münasibətilə sizi ən səmimi hislərimlə təbrik edirəm. Seçki nəticələrinin Türkiyəyə dost və qardaş olan İran xalqı üçün düşərli olmasını arzulayıram. İnanıram ki, prezidentliyiniz dövründə İran və Türkiyə arasındakı əlaqələr daha da inkişaf edəcək.

Bundan savayı, koronavirus pandemiyası bitdikdən sonra Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının qarşıdakı iclasında iştirak etmək üçün İrana səfər etməkdən məmnun qalacağam. Fürsətdən istifadə edərək yeni vəzifənizdə uğurlar arzulayıram”, – deyə Ərdoğan bildirib.

Teqlər