Türkiyədə sionist rejimə qarşı ümum ölkə aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/türkiyə-i379225-türkiyədə_sionist_rejimə_qarşı_ümum_ölkə_aksiyası_keçirilib
Dünən gecə Türkiyənin müxtəlif şəhərləri Fələstin xalqının hüquqlarını dəstəkləyən anti-sionist etirazlara səhnə olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2021 14:54 Asia/Baku
  • Türkiyədə sionist rejimə qarşı ümum ölkə aksiyası keçirilib

Dünən gecə Türkiyənin müxtəlif şəhərləri Fələstin xalqının hüquqlarını dəstəkləyən anti-sionist etirazlara səhnə olub.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim hərbçilərinin və ultra-ifratçı sionistlərin Əl-Əqsa məscidinə son hücumları Türkiyə xalqını hiddətləndirib.

Etirazçılar İstanbulda sionist rejimin nümayəndəliyi qarşısında toplaşaraq, rejimin cinayətlərinə qarşı qəzəblərini və etirazlarını bildiriblər.

Türkiyənin Hatay, Kayseri, Diarbəkir, Elazığ, Bitlis şəhərlərində və bir neçə digər şəhərdə qəzəbli etirazçılar küçələrə axışaraq, anti-Amerika və anti-sionist şüarlar səsləndiriblər.

Etirazçılar əllərində Fələstin bayraqları və üzərinə sionist uşaq öldürən sionist rejimi qınayan məzmunlar yazılmış plakatlar tutaraq,  "Allahu Əkbər" fəryadları, habelə Həmas və müqavimətə dəstək şüarları səsləndirərək Fələstin xalqı ilə həmrəylik nümayiş etdiriblər.