Türkiyədə sel suları 6 nəfərin həyatına son qoyub
Türkiyənin şimalında xüsusilə də Rizə və Artvin vilayətlərində aramsız yağışlar sel və daşqınlara, 6 nəfərin həlak olmasına və ağır maddi ziyana səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, bu selin təsiri Artvin vilayətinin Arhavi şəhəri, həmçinin Rizə vilayətinin Güneysu və Çayeli bölgələrində daha çox olubdur və daşqın səbəbindən bir neçə kənd boşaldılıb.
Bu daşqınlar fonunda prezident Rəcəb Tayyib Ərdoğandan başqa, daxili işlər naziri Süleyman Soylu, səhiyyə naziri Fəxrəddin Qoca, kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli, rabitə naziri Adil Karaismailoğlu bölgəyə baxış keçirib və tələb olunan fəaliyyətləri həyata keçirmək üçün lazımi təlimatları veriblər.
Fəlakətin qarşısını almaq üçün bölgədə yerləşdirilən bölmələrə əlavə olaraq, digər bölgələrdən də xilasedici briqadalar göndəriliblər və hazırda bölgədə 2 min 835 xilasedici 705 yardım maşını ilə fəaliyyət göstərir.
Güneysu və Çayeli bölgələrində 6 nəfərin cəsədi tapılıb və itkin düşmüş iki nəfərin axtarışları davam edir.
Şiddətli yağışlarla yanaşı, daşqın yolu üzərində yerləşən bəzi vadilərin bağlanması da daşqınlara və ağır maddi ziyanlara səbəb olub.
Təbii fəlakət nəticəsində 47 bina tamamilə dağılıb, 99 binada ciddi zədə və qəza halı aşkarlanıb, 41 avtomobil yararsız vəziyyətə düşüb. Yolların və körpülərin dağılması gediş-gəlişə böyük çətinliklər yaradıb. Məhəllələrə böyük həcmdə lil və çirkab dolub.