Ərdoğan: Yanğın məsələsi siyasiləşdirilməməlidir
https://azeri.sahartv.ir/news/türkiyə-i379773-Ərdoğan_yanğın_məsələsi_siyasiləşdirilməməlidir
Türkiyə prezidenti meşə yanğınlarını beynəlxalq bir təhdid adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2021 11:09 Asia/Baku
  • Ərdoğan: Yanğın məsələsi siyasiləşdirilməməlidir

Türkiyə prezidenti meşə yanğınlarını beynəlxalq bir təhdid adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Təyyib Ərdoğan bir müsahibədə son meşə yanğınları və bu ölkədə oxşar hadisələrin artması barədə deyib ki, yanğın məsələsi siyasiləşdirilməməlidir.

Ərdoğan qeyd edib ki, ötən səkkiz gündə Türkiyədə 187 yanğın hadisəsi baş verib və hal-hazırda on beş yanğın mərkəzi fəal olmaqda davam edir.

Türkiyə prezidenti bildirib ki, meşə yanğınları beynəlxalq bir təhdid olaraq, bütün dünyanın mübarizə apardığı COVID-19 və terror hərəkətləri təhdidləri ilə müqayisə oluna bilər.

Türkiyə Təbii Fəlakətləri İdarəetmə Təşkilatı yanğınlardakı tələfatın sayını indiyədək səkkiz nəfər, bədən xəsarəti alanların miqdarını isə beş yüz nəfər elan edibdir.

Region ölkələri, o sıradan İran, Rusiya, Ukrayna və Azərbaycan Respublikası yanğınsöndürən, həmçinin yanğınsöndürmə təyyarə və vertolyotları göndərməklə Türkiyəyə yardım göstərməkdədirlər.