Avq 16, 2021 14:05 Asia/Baku
  • Türkiyədə sel tələfatı artıb

Türkiyənin Qara dəniz bölgəsində baş verən sel fəlakətində ölənlərin sayı 64 nəfərə yüksəlib.

 SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə təbii fəlakətlər və fövqəladə hallar idarəsi tərəfindən verilən məlumatda bildirilib ki, Kastamonuda 54, Sinopda doqquz, Bartında da bir nəfər sel hadisəsində həyatını itirib.

Məlumatda deyilir ki, bədən xəsarəti almış səkkiz nəfərin xəstəxanalarda müalicə prosesi davam etməkdədir.

Belə bir halda və Türkiyə təbii fəlakətlər və fövqəladə hallar idarəsinin bildirdiyinə görə, bu ölkənin üç vilayətində yardım və xilasetmə fəaliyyətləri də davam etməkdədir.

Türkiyənin şimal vilayətlərində leysan yağışları, çayların daşması, dağ və yer sürüşmələri bəzi vilayətləri ağır xəsarətlərə düçar edib. Belə ki, Türkiyə hökuməti bu bölgələri fəlakət bölgələri adlandırıb. Hələ bu selin törətdiyi xəsarətlərin miqdarı barədə məlumat verilməyib, amma Ankara rəsmiləri etiraf edirlər ki, bu dağıdıcı sel Türkiyə tarixində nadir bir hadisədir.

Teqlər