Türkiyə 40 ədəd F-16 qırıcısı almaq üçün Amerikaya müraciət edib
https://azeri.sahartv.ir/news/türkiyə-i381884-türkiyə_40_ədəd_f_16_qırıcısı_almaq_üçün_amerikaya_müraciət_edib
Türkiyə 40 ədəd F-16 qırıcısı və hərbi təyyarələrlə bağlı təqribən səksən modernizasiya dəsti satın almaq üçün Amerikaya müraciət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2021 10:56 Asia/Baku
  • F-16
    F-16

Türkiyə 40 ədəd F-16 qırıcısı və hərbi təyyarələrlə bağlı təqribən səksən modernizasiya dəsti satın almaq üçün Amerikaya müraciət edib.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika hərbi təchizatlarının Türkiyəyə satışı üzrə bu bir neçə milyard dollarlıq müqavilə ABŞ dövlət departamenti və bu ölkə konqresinin təsdiqindən asılıdır.

Bundan öncə Ankara yüzdən çox F-35 qırıcısı sifariş vermişdi. Bu təyyarələr «Lokhid Martin» şirkəti tərəfindən düzəldilməli idi, amma 2019-cu ildə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri satın almasından sonra Vaşinqton Ankaranın F-35 qırıcılarının satın alınması üzrə müqaviləni ləğv və Türkiyəni sanksiya etdi.