Noy 18, 2021 14:13 Asia/Baku
  • Madrid Türkiyə
    Madrid Türkiyə

İspaniyanın baş naziri Türkiyənin Avropa Birliyinə üzvlüyü vədinin reallaşmasına dəstək verib.

SəhərAzəri-nin məlumatına əsasən, Çərşənbə günündən Ankarada səfərdə olan Pedro Sançes deyibdir ki, Madrid NATO-nun bu müttəfiqinin Avropa Birliyinə qatılmasına dəstək verir.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla yanaşı bir mətbuat konfransında iştirak edən Sançes İspaniya ilə Türkiyə arasındakı mübadilələrin yüksək həcminə işarə ilə ikitərəfli həmkarlıqları olduqca müsbət dəyərləndirib.

Sançes İspaniya və Türkiyə hökumətlərinin yeddinci iclasında iştirak etmək üçün Ankaraya səfər edib.

Türkiyə illər öncədən Avropa Birliyinə qoşulmağa çalışır, amma avropalılar dəfələrlə insan haqları problemləri də daxil olmaqla müxtəlif dəlillərə görə, bu istəyi təxirə salıblar.

Ankaranın bu Avropa orqanına üzvlük üzrə xahişi 1992-ci ildə qeydə alınıb və Türkiyənin adı bu regional quruma üzv olmaq istəyən ölkələr siyahısında qərar tapıbdır.

 

Teqlər