Ərdoğan xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i383277-Ərdoğan_xəbərdarlıq_etdi
Türkiyə prezidenti müxaliflərin gələcək seçkilərdəki qələbəsinin ölkədə hərc-mərcliyin baş verməsinə zəmin yaradacağını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2021 15:46 Asia/Baku
  • Ərdoğan
    Ərdoğan

Türkiyə prezidenti müxaliflərin gələcək seçkilərdəki qələbəsinin ölkədə hərc-mərcliyin baş verməsinə zəmin yaradacağını deyib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti və hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyıb Ərdoğan partiya məsləkdaşları qarşısındakı çıxışında əlavə edib ki, müxalifətin əsas partiyası olan Cümhuriyyət Xalq Partiyasının oyunları Türkiyə üçün zərərlidir.

Ərdoğan qeyd edib ki, Cümhuriyyət Xalq Partiyasının liderləri zahirdə onlar üçün faydalı olan bir oyuna başlayıblar, amma bu oyunlar elə o qədər də ölkəyə ziyanvericidir.

Türkiyənin iqtisadi şəraitinin ağırlaşması ilə bir zamanda rəy sorğularının nəticələri Ədalət və İnkişaf Partiyasının reytinqinin azalmasından xəbər verir.

Türkiyə parlament və prezident seçkiləri 2023-cü ilin on səkkiz iyununa planlaşdırılıb, amma bu ölkə mediaları növbədənkənar seçkilər atmosferinin ölkəyə hakim kəsildiyinə inanırlar.