Rusiya Türkiyəyə xəbərdarlıq edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi saxlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Lavrov Çavuşoğludan Türkiyə ilə Ukrayna arasındakı hərbi-texniki həmkarlıqlar barədə Rusiyanın nigarançılıqlarına ciddi yanaşmasını istəyib.
Rusiya xarici işlər nazirliyi bu telefon söhbətindən sonra yaydığı bəyanatda bildirib ki, həmin danışıqda Ukrayna hadisələri və bu ölkənin durumu üzərində təmərküzləşmə ilə bir sıra regional məsələ nəzərdən keçirilib.
Rus tərəf bu söhbətdə vurğulayıb ki, Ukraynanın öz qərbli ortaqlarının himayəsilə bu ölkənin cənub-şərqində gərginliyi artırmaq üzrə rəftarı bölgənin vəziyyətini ciddi şəkildə səbatsızlaşdırıb.
Bundan öncə Türkiyənin «Baykar» və Ukraynanın «İvçenko Proqress» şirkətləri pilotsuz təyyarələrin inkişaf etdirilməsi üzrə həmkarlıq sahəsində müqavilələr imzalayıblar.
Türkiyənin Anadolu informasiya agentliyi xəbər veribdir ki, İstanbulda keçirilən və Türkiyənin ən iri sənaye toplantısı sayılan «SAHA EXPO» sərgisində Türkiyə və Ukrayna şirkətləri müəyyən müqavilələr imzalayıblar ki, onlara əsasən, Türkiyə PUA-ları ukraynalı şirkətlər tərəfindən düzəldilən «AI-322F» motoru ilə təqdim ediləcək.