Noy 23, 2021 14:54 Asia/Baku
  • Türkiyədə erkən seçki olmayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə prezident və parlament seçkilərinin əvvəlcədən müəyyən olunduğu vaxtda keçiriləcəyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Türkiyə Prezidenti rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Partiya) genişləndirilmiş iclasında çıxış edərkən AKP-nin 2023-cü il seçkilərində həm president həm də parlament yerlərini qazanacağını deyib:

“Hələ də “erkən seçkilər, erkən seçkilər” deyirlər. Erkən seçki olmayacaq, 2023-cü ilin iyununda keçiriləcək seçkilərdə həm yenidən prezident olmaq uğrunda mübarizəmizi qazanacağıq, həm də partiyamız parlamentdə çoxluğu əldə etməklə daha bir rekord əldə edəcək”, - deyə Türkiyə Prezidenti bildirib.

Teqlər