Ərdoğan Türkiyənin İqtisadiyyat nazirini dəyişdirib
https://azeri.sahartv.ir/news/türkiyə-i383690-Ərdoğan_türkiyənin_İqtisadiyyat_nazirini_dəyişdirib
Nurəddin Nəbati Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə bu ölkənin yeni iqtisadiyyat və maliyyə naziri olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2021 09:24 Asia/Baku
  • Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Nurəddin Nəbati Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə bu ölkənin yeni iqtisadiyyat və maliyyə naziri olub.

SəhərAzəri-nin məlumatına əsasən, Ərdoğan, öz yeznəsi, keçmiş iqtisadiyyat naziri Lütfi Əlvanın istefasını qəbul və onun müavini Nurəddin Nəbatini bu vəzifəyə təyin edibdir.

Nəbati bank faizlərinin azaldılmasının sərt tərəfdarlarındandır.

Bu, son bir ildə Türkiyə iqtisadiyyatının sükanını ələ alan üçüncü nazirdir.

Ərdoğan bundan öncə dövlət orqanlarına ölkədə ümumi etirazlara gətirib çıxaran lirənin devalvasiyasını araşdırmağı tapşırmışdı.