Türk lirəsi yenə dəyər itirdi
Növbəti antirekord: 1 ABŞ dolları=18 TL
Dek 20, 2021 21:09 Asia/Baku
Hazırda ABŞ dolları qarşısında Türkiyənin milli pul vahidi üzrə məzənnə 1 ABŞ dolları - 17,99 lirə nisbətindədir.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə lirəsi rekord səviyyədə dəyər itirməyə davam edir. Hazırda 1 ABŞ dolları 17,99 lirəyə realizə olunur. Bu isə o deməkdir ki, təkcə bir gün ərzində türk lirəsi 9 faizdən çox dəyərini itirmişdir.
Qeyd edək ki, bazar günü Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan öz çıxışında faiz azalmalarını yenə müdafiə edib. Bunun ardınca ölkənin milli valyutasının dəyəri bir qədər də aşağı düşüb.