“Pegasus” aviaşirkəti Ermənistana müraciət edib
https://azeri.sahartv.ir/news/türkiyə-i384725-pegasus_aviaşirkəti_ermənistana_müraciət_edib
Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2022 08:27 Asia/Baku
  •  “Pegasus” aviaşirkəti Ermənistana müraciət edib

Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.

 SəhərAzəri-nin “Sputnik Armenia”ya istinadən xəbərinə görə, şirkət fevral ayından etibarən İstanbul-İrəvan arasında həftədə iki dəfə uçuş həyata keçirmək üçün müraciət edib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır. Dekabrın 24-də isə “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.