Ərdoğan Türkiyə mediasına xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/türkiyə-i385546-Ərdoğan_türkiyə_mediasına_xəbərdarlıq_edib
Türkiyə prezidenti bu ölkə mediasına xüsusilə də uşaqlar üçün zərərli məzmunun dərci ilə bağlı xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2022 16:36 Asia/Baku
  • Ərdoğan Türkiyə mediasına xəbərdarlıq edib

Türkiyə prezidenti bu ölkə mediasına xüsusilə də uşaqlar üçün zərərli məzmunun dərci ilə bağlı xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Türkiyə mediasını ölkənin əsas dəyərlərinə xələl gətirən məzmun yaydıqları təqdirdə qisas alacağı ilə hədələyib.

Əl-Cəzirə xəbər portalının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan rəsmi qəzetdə dərc olunan direktivdə, Türkiyənin "milli mədəniyyətini" qoruyub saxlamaq və uşaqların inkişafının bütün yazılı, şifahi və vizual mediada zərərli məzmunun mənfi təsirinə məruz qalmaması üçün tədbirlər görülməli olduğunu bildirib.

Ərdoğan deyib: "Mətbuat vasitəsi ilə milli-mənəvi dəyərlərimizə xələl gətirən, ailə və ictimai quruluşumuzu pozan açıq və ya gizli fəaliyyətlərə qarşı qanuni tədbir görüləcək".