Mart 21, 2022 12:40 Asia/Baku
  •  “Türkiyə hökumətinin belə göstərişləri eşitməyə belə razı olması mümkün deyil”

“Türkiyə hökuməti ABŞ-ın Ankaraya qarşı sanksiyaların ləğvi müqabilində S-400 zenit-raket komplekslərinin Ukraynaya verilməsi təklifini qəbul etməyəcək”. Bunu Türkiyənin Vətən Partiyasının baş katibi Doğu Perinçək deyib.

 SəhərAzəri-nin  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Doğu Perinçək deyib: “ABŞ-ın Türkiyəyə nəyisə göstəriş vermək səlahiyyəti yoxdur. Türkiyə hökuməti heç bir halda Rusiyanın S-400-lərini Ukraynaya təhvil vermək kimi sifarişi qəbul etməyəcək. Türkiyə hökumətinin belə göstərişləri eşitməyə belə razı olması mümkün deyil”, - deyə Perinçək bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar barədə xəbərlər ABŞ-ın “tipik kəşfiyyat təbliğatı”dır.

“Biz bunu dəfələrlə yaşamışıq. Türkiyəni belə təzyiqlərlə sındırmaq olmaz”, - deyə Vətən partiyasının baş katibi vurğulayıb.

Qeyd edək ki,“Reuters” ABŞ-ın Türkiyə ilə Rusiya istehsalı olan "S-400" raketdən müdafiə sistemlərinin Ukraynaya göndərilməsi imkanını qeyri-rəsmi şəkildə müzakirə etdiyini bildirib.

“Reuters”-in istinad etdiyi mənbələr bildiriblər ki, ABŞ rəsmiləri bu təklifi ötən ay türkiyəli həmkarları ilə müzakirə ediblər, lakin heç bir konkret və ya rəsmi nəticə alınmayıb.

 

 

Teqlər