Türkiyə Aİ ilə müzakirələrin yeni fəslinin başlanmasını istəyib
https://azeri.sahartv.ir/news/türkiyə-i387203-türkiyə_aİ_ilə_müzakirələrin_yeni_fəslinin_başlanmasını_istəyib
Türkiyə Avropa İttifaqından bu ölkənin həmin ittifaqa üzvlüyü üzrə müzakirələrin yeni fəslini başlatmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2022 08:46 Asia/Baku
  • Türkiyə Aİ ilə müzakirələrin yeni fəslinin başlanmasını istəyib

Türkiyə Avropa İttifaqından bu ölkənin həmin ittifaqa üzvlüyü üzrə müzakirələrin yeni fəslini başlatmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqının Nazirlər Şurasının üzvləri 2021-ci ilin sonuncu iclasında əksəriyyət səslə razılığa gəldilər ki, Avropanın meyar və prioritetlərinə sadiq qalmadığı üçün Türkiyənin həmin ittifaqa üzvlüyü üzrə müzakirələr dondurulmuş vəziyyətdə qalmaqda davam etsin.

Şuranın son iclasının bəyanatında deyilir: Təəssüflər olsun ki, belə bir şəraitdə Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələrin sərlövhələrinin açılması və ya bağlanması qeyri-mümkündür.

Türkiyənin əsas fərdi hüquqlar, insan hüquqları və demokratiya məsələlərində geriləməsindən nigarançılıq edilən bəyanatda Ankaranın söz və fikir azadlıqlarının məhdudlaşdırılmasına yanaşma tərzi, həmçinin Türkiyədə məhkəmə sisteminin müstəqil olmaması tənqid edilib.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan İstanbulda Niderlandın baş naziri Mark Rutte ilə görüşdə deyib: Avropa İttifaqından, Türkiyənin üzvlüyü üzrə müzakirələrlə bağlı fəsli açması, həmçinin sürətlə və yanlış hesablara təslim olmadan, gömrük birliyi müzakirələrini bərpa etməsini gözləyirik.

Ərdoğan əlavə edib: Əgər biz NATO üzvüyüksə, NATO-da birlikdəyiksə, onda öz həmrəyliyimizi tam şəkildə göstərməliyik. NATO-ya üzv ölkələr xüsusən müdafiə sənayesi sahəsində bir-birilərilə həmrəy olmalıdırlar.

2005-ci ildə başlanan Türkiyənin Avropa İttifaqına üzvlüyü üzrə müzakirələr prosesi 2016-cı ilin iyulunda Türkiyədə baş vermiş uğursuz çevrilişdən sonra dayandırıldı.