ABŞ ermənilərə simpatiya göstərir
Çavuşoğlu Qərb dövlətlərini ikiüzlülükdə ittiham etdi
Türkiyənin XİN başçısı bəzi Qərb dövlətlərini ikiüzlülükdə ittiham edib.
SəhərAzəri-nin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu ABŞ prezidenti Cozef Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı bəyanatına görə tənqid edib.
Bu barədə Çavuşoğlu tviterdə yazıb: “Bəzi Qərb liderləri son günlər “soyqırımı” sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırımı” sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir”, – deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden 1915-ci ildə Osmanlı dövlətində baş verənləri "soyqırımı" adlandırıb. Bir il əvvəl də Bayden bu hadisələri "soyqırımı" adlandıran ilk ABŞ prezidenti olub.