May 13, 2022 14:17 Asia/Baku
  • Karamollaoğlu
    Karamollaoğlu

Ərdoğan hökumətini/ statistikaların təqdimatında yalançılıqda ittiham edən/ Türkiyə Səadət Partiyasının sədri ölkədəki iqtisadi durumun ağırlığını ötən 27 ildə görünməmiş bir hadisə adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Səadət Partiyasının sədri Temel Karamollaoğlu statistikalar təqdim etməklə sübut edibdir ki, vəziyyət Türkiyəni 1995-ci ildəki iqtisadi böhran dövrünə qaytarıbdır.

Türkiyə statistika təşkilatı- «Türrk Stat» bir neçə gün bundan qabaq ölkədə inflyasiya dərəcəsini yetmiş faiz elan etmişdi.

Bu türk siyasətçi isə Türkiyədəki geçək inflyasiyanın yetmiş faizdən yuxarı olduğunu deyib.

Karamollaoğlu bu iddianı isbat etmək üçün qida maddələri sektorundakı səksən doqquz tam yüzdə on/ və nəqliyyat sektorundakı yüz beş tam yüzdə səksən altı faizlik inflyasiyalara işarə edib və deyib: Bu rəqəmlərin artmasını nəzərə almaqla aydın şəkildə başa düşmək olar ki, gerçək inflyasiya, yetmiş faizdən yuxarı olub, üçrəqəmli bir ədəddir.

Türkiyədəki real inflyasiyanı yüz iyirmi bir tam yüzdə səksən iki faiz elan edən Səadət Partiyasının sədri bu inflyasiya dərəcəsini 1995-ci ilin mart ayından bəri görünməmiş bir göstərici adlandırıb.

Nəticələri son zamanlar yayılan araşdırmada qeyd olunur ki, Ərdoğanın 2023-cü il prezident seçkilərində məğlub olması yüksək səviyyədə ehtimal olunacaq. Aparılmış araşdırmalara əsasən, Ərdoğanın həmin seçkilərin ikinci turuna çıxacağı təqdirdə, o, müxaliflər düşərgəsinin bütün namizədləri qarşısında uğursuzluğa məhkum olacaq.

Temel Karamollaoğlu Türkiyənin hökumət başçılarını iqtisadi problemlərin həllində aciz olmaqda ittiham edib və belə deyib: Hakim partiya ölkəni idarə etmək qüdrətinə malik deyil və gələn il keçiriləcək prezident seçkiləri maneəsini adlamaq üçün vaxt qazanmağa çalışır.

 

Teqlər