May 16, 2022 13:36 Asia/Baku
  •  İlham Əliyev və  Rəcəb Tayyib Ərdoğan
    İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Türkiyə və Azərbaycan Respublikası prezidentləri işgüzar bir ziyafətdə bağlı qapılar arxasında görüşüblər.

SəhərAzəri-nin məlumatına əsasən, "TRT"nin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan dünən azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb.

Dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər. Prezidentlər açılışdan sonra şam yeməyi zamanı görüş keçiriblər. Görüş mətbuata qapalı olduğundan müzakirə mövzusu ilə bağlı heç bir xəbər dərc edilməyib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan və Azərbaycan Respublikası arasında 44 günlük müharibədə Bakıya güclü dəstək verdi. Bu diplomatik, silah və kəşfiyyat dəstəyi erməniləri qəzəbləndirdi, amma etirazlara baxmayaraq, bu dəstək hələ də davam edir.

Teqlər